"Barselona"nın sabiq futbolçusu, hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messi "Real"ı dünyanın ən yaxşı komandası hesab edir.
QOL.az infobae.com-a istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu öz açıqlamasında bildirib. Messi deyib:
“Ən yaxşı komanda "Real"dır. Çünki onlar Çempionlar Liqasının qalibidirlər. "Real" ötən mövsüm Çempionlar Liqasını qazanmasa da, “Mançester Siti” kimi gücü idi.
Oyun baxımından isə şəxsən mən Xosep Qvardiolanın “Mançester Siti”sini bəyənirəm. Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda öz oyun tərzi ilə xüsusi seçilir. Ona görə də futbolun səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, nəticə baxımından isə “Real”dır”.
Xatırladaq ki, 2023/2024 mövsümündə “Real” İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı