Azərbaycan millisinin rəqibləri bilindi

Azərbaycan millisinin rəqibləri bilindi
XƏBƏR 7 İyun 2024 / 15:47 1094
-  A +

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 2024/2025-ci illər mövsümünün 1-ci mərhələsindəki rəqibləri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bu gün təşkil edilən püşkatma mərasimində millimiz B Liqasının 5-ci qrupunda Serbiya və Lüksemburqa rəqib olub.

İyulun 1-dən dekabrın 3-dək təşkil olunacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.

Daha çox


Son xəbərlər
topaz banner