"Çelsi"dən yeni transfer

"Çelsi"dən yeni transfer
XƏBƏR 7 İyun 2024 / 14:35 2964
-  A +

"Çelsi" heyətinə yeni futbolçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. London təmsilçisi "Fulhem"dən müdafiəçi Tosin Adarabioyonu alıb. 26 yaşlı futbolçu "zadəganlar"la 4 illik müqavilə imzalayıb.

Adarabioyo “Mançester Siti”nin yetirməsidir. O, 2020-ci ildən "Fulhem"də oynayırdı. Ötən mövsüm futbolçu bütün turnirlərdə 25 oyun keçirib və 2 qol vurub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner