"Qalatasaray" baş məşqçisi Okan Burukla yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi bu gün 50 yaşlı mütəxəssis üçün imza mərasimi təşkil edib. Tədbir "Ali Sami Yen" stadionunda keçirilib. Tərəflər mərasimdə 2 illik müqaviləyə qol çəkiblər.
Qeyd edək ki, Okan Buruk 2022-ci ildən "Qalatasaray"ın baş məşqçisidir. O, komanda ilə ardıcıl 2 dəfə Superliqa çempionu olub. Həmçinin "Qalatasaray" bu mövsüm Türkiyə Superkubokunu da qazanıb.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı