"Əlbəttə ki, milli komandamızdan hər zaman qələbə gözləyirik. Bunlar yoldaşlıq görüşləridir. Amma millinin qələbə qazanmağı futbolçularda ruh yüksəkliyi yaradacaq".
Bu sözləri QOL.az saytına açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, Azərbaycan millisinin bu gün Albaniya ilə, iyunun 11-də isə Qazaxıstanla keçirəcəyi yoldaşlıq oyunları haqqında fikirlərini bölüşüb.
O, Azərbaycan millisinin bu oyunlarda yaxşı nəticələr qazanacağına inandığını söyləyib:
"Sentyabr ayında Azərbacan millisini vacib oyunlar gözləyir. Ona görə də bugünkü matçda qalib gəlmək lazımdır. Ümumiyyətlə, futbolçular hər bir oyunda meydana qələbə əzmi ilə çıxmalıdırlar. Bunu baş məşqçilər də futbolçulara tövsiyə edirlər. Mən inanıram ki, Albaniya - Azərbaycan oyunu maraqlı keçəcək. Bilirsiniz ki, Albaniya Avro-2024-də iştirak edəcək. Amma biz bu komandanın yaxşı və ya pis tərəflərini görməmişik. Mən inanıram ki, bizim komandamız bu oyunda yaxşı nəticə əldə edə bilər. Qazaxıstanla matçda da yaxşı nəticə qazanmaq mümkündür. Milli komandamıza uğurlar arzulayıram. Yoldaşıq oyunları olsa da, qələbə həmişə qələbədir".
Qeyd edək ki, Albaniya - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu
“Neftçi”nin legioneri qələbədə iştirak etdi