Nestanın yeni klubu bilindi

Nestanın yeni klubu bilindi
XƏBƏR 7 İyun 2024 / 10:00 2197
-  A +

İtaliya millisinin və "Milan"nın keçmiş müdafiəçisi Nestanın yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, 48 yaşlı mütəxəssis "Monza"ya baş məşqçilik edəcək. Bu barədə "Relevo" məlumat yayıb. Tərəflər artıq  bütün detallarla balı razılığa gəliblər. Nesta bu vəzifədə Rafaello Palladinonu əvəzləyib. 

Qeyd edək ki, Nestanın son ş yeri İtaliyanın "Reggiana" klubu olub. O, bu yay komandadan ayrılıb.

Xatırladaq ki, "Monza" A seriyasının başa çatan mövsümündə 45 xalla 12-ci yeri tutub.


Son xəbərlər
topaz banner