Mahirin komandasının ilk rəqibi müəyyənləşdi

Mahirin komandasının ilk rəqibi müəyyənləşdi
XƏBƏR 6 İyun 2024 / 18:24 3085
-  A +

Futbol üzrə Xorvatiya çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"sunun ilk turdakı rəqibi də müəyyənləşib. Komanda 1-ci turda "İstra"nı qəbul edəcək. Görüş avqustun 3-də keçiriləcək.

"Dinamo" 2-ci turda "Osiyek"in qonağı olacaq, 3-cü turda isə evdə "Şibenik" ilə üz-üzə gələcək.

Qeyd edək ki, Zaqreb təmsilçisi 2023/24 mövsümündə Xorvatiya çempionu olub.


Son xəbərlər
topaz banner