"Qızıl top"un veriləcəyi tarix açıqlandı

"Qızıl top"un veriləcəyi tarix açıqlandı
XƏBƏR 6 İyun 2024 / 17:30 4156
-  A +

UEFA "Qızıl top" mükafatının bu il veriləcəyi tarixi açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb. 2023/2024 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatının təqdimetmə mərasimi oktyabrın 28-də keçiriləcək. Tədbir Parisdə olacaq.

Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, "Qızıl top"un son qalibi Lionel Messidir.


Son xəbərlər
topaz banner