De Brüyne 100-ə çatdı

De Brüyne 100-ə çatdı
XƏBƏR 6 İyun 2024 / 15:57 1253
-  A +

"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne Belçika millisində 100-cü matçını keçirib.

QOL.az xəbər verir ki, o, Monteneqro ilə yoldaşlıq görüşündə meydana çıxıb. Bu oyun 32 yaşlı yarımmüdafiəçinin milli  karyerasında 100-cü olub. 

Nəticədə De Brüyne Belçika millisində 100 oyun həddinə çatan 8-ci futbolçu olub. Əvvəllər bu göstəriciyə Eden Hazard, Romelu Lukaku və Tibo Kurtua kimi futbolçular çatıb.

Ümumilikdə, Kevin milli komandadakı karyerası ərzində 27 qol vurub və 49 qolun ötürməsini verib.

Qeyd edək ki, Belçika - Monteneqro görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Son xəbərlər
topaz banner