"Fiorentina" yeni baş məşqçisini açıqladı

"Fiorentina" yeni baş məşqçisini açıqladı
XƏBƏR 4 İyun 2024 / 19:58 2068
-  A +

"Fiorentina"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya klubunu Raffaelle Palladino çalışdıracaq.

40 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Palladino bu vəzifədə Vinçenzo İtalianonu əvəzləyib. 

Qeyd edək ki, Palladinonun son komandası 2022-ci ilin yayından bu mövsümün sonunadək çalışdırdığı "Monza" olub.

Xatırladaq ki, "Fiorentina" A seriyasının 2023/24 mövsümünü 60 xalla 8-ci yerdə başa vurub.

Daha çox


Son xəbərlər
topaz banner