AFFA milli komandaların 4 məşqçisi ilə müqaviləni uzatdı

AFFA milli komandaların 4 məşqçisi ilə müqaviləni uzatdı
XƏBƏR 3 İyun 2024 / 18:24 2496
-  A +

AFFA aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri ilə müqavilələrin sentyabr ayına kimi uzadılması barədə qərar verib. 

QOL.az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Bunlar Elxan Abdullayev (U-19), Füzuli Məmmədov (U-18), İlham Yadullayev (U-17) və Aqil Nəbiyevdir (U-16).

Müvafiq yaş qrupları üzrə milli komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.

Daha çox


Son xəbərlər
topaz banner