"Azərbaycandakı ən yaxşı qapıçıyam" - "Zirə"nin qolkiperi

"Azərbaycandakı ən yaxşı qapıçıyam" - "Zirə"nin qolkiperi
XƏBƏR 3 İyun 2024 / 17:56 3116
-  A +

"Zirə"nin futbolçusu Tiaqo Silva Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları oyundan (1:2) sonra jurnalistlərə açıqlama verib.

QOL.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb: “Düşünürəm, iki ən yaxşı Azərbaycan klubları arasında çox yaxşı final oldu. “Qarabağ” Premyer Liqanı da qazandı, kuboku da. Biz də hər iki turnirdə 2-ci olduq. Ona görə aydındır ki, bu gün ölkənin iki ən yaxşı komandası görüşdü. Bu gün “Qarabağ” qazansa da, məqamlardan daha yaxşı istifadə etsələr də, biz sona kimi mübarizə apardıq. Öz komandamla, komanda yoldaşlarımla qürur duyuram. Mövsümboyu çalışdıq, öz üzərimizdə daha çox işlədik. Bu komandadan duyduğum qürur hissindən çox heçnədən qürur duya bilmərəm”. 

Portuqaliyalı qapıçı məğlubiyyətin səbəblərini belə izah edib: “Finalda məğlubiyyətin səbəbini tapmaq çətindir. “Qarabağ” 2 şansını yaxşı dəyərləndirdi, biz isə ancaq 1 qol vura bildik. Bu oyundur. İndi məğlubiyyətin səbəbini demək üçün çox tezdir. Vacib olan bizim evə getməyimiz və dincəlməyimizdir. Çünki gələn mövsüm Avropa Liqasında çətin oyunlarımız olacaq. Çalışacağıq ki, qrup mərhələsinə vəsiqə qazanaq”. 

O, öz oyunu haqda da söz açıb: “Mən sizinlə səmimi olmalıyam. Mənə görə, Azərbaycanın ən yaxşısıyam. Bu, Premyer Liqadakı, kubok oyunlarındaki rəqəmlərə baxanda aydın olur. Görək, gələcək mənə nə verəcək. Mən öz üzərimdə daha çox çalışacağam ki, Azərbaycanda və ya digər ölkələrdə ən yaxşı olum. İndi gələcəyi gözləməliyəm. Amma bu mövsümümdən çox razıyam”. 

24 yaşlı futbolçu gələcək planlarından da danışıb: “Mənim müqaviləm var. İstəyən kimi, “Zirə”ni tərk edib, başqa kluba gedə bilmərəm. Bu, təkcə mənə aid olan məsələ deyil, bunun “Zirə”yə təsiri var. Mən burada xoşbəxtəm. Amma karyeramı daha da böyütmək istəyirəm. Ona görə zamanla hər şey bəlli olacaq. İndi isə müqaviləm var”. 

O, avrokuboklar barədə belə deyib: “Bizim çox ambisiyalı klubumuz var. Əlbəttə ki, qruplarda olmaq istəyirik. Bilirik ki, çətindir. Qabaqda bizi çox çətin oyunlar gözləyir. Lakin biz qələbə üçün mübarizə aparacağıq və qrupa düşməyi çalışacağıq”.

Daha çox


Son xəbərlər
topaz banner