Adı Azərbaycan milisi ilə hallanırdı - Yeni iş yeri rəsmiləşdi

Adı Azərbaycan milisi ilə hallanırdı - Yeni iş yeri rəsmiləşdi
XƏBƏR 3 İyun 2024 / 15:12 5191
-  A +

Azərbaycan millisinin iyunun 11-də yoxlama oyunu keçirəcəyi Qazaxıstan millisinə yeni baş məşqçi təyin olunub.

QOL.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb. Baş məşqçi vəzifəsi rusiyalı mütəxəssis Stanislav Çerçesova həvalə olunub. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Qazaxıstan Futbol Federasiyasının Çerçesova 2+1 illik müqavilə təklif edildiyi bildirilirdi. 60 yaşlı mütəxəssisin son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstan "Ferensvaroş"u idi.

Stanislav Çerçesovun adı Azərbaycan millisi ilə də hallanırdı.

Daha çox


Son xəbərlər
topaz banner