Xəbər verdiyimiz kimi, bu gün futzal üzrə Avro-2026-nın final mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, Azərbaycan millisi həlledici mərhələyə yüksəlmək üçün Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq.
Millimizin baş məşqçisi Vitali Borisov seçmə mərhələnin püşkünü dəyərləndirib. O, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib:
“Qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdü. Düzdür, ondan da nisbətən zəif yığmalar var idi. Xorvatiya ilə ilk dəfə qarşılaşmayacağıq. İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl Xorvatiyada qarşılaşmışıq və yenilmişik. Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdir. İsveçə gəldikdə, onların futzalı son illərdə inkişafdadır, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək. Əlbəttə, hər şey özümüzdən, hazırlığımızdan asılıdır. Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güçlü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq".
O, İspaniya, Portuqaliya və Qazaxıstan kimi komandalarla qarşılaşmayacaqları üçün şanslı olduqlarını deyib: "İspaniya, Portuqaliya, Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılamağı heç istəmirdim. Bu baxımdan bəxtimiz gətirdi. Ümumiyyətlə, bu gün istənilən komanda digərinə müqavimət göstərməyi bacarır. Çünki təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidir. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadır. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güçlü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdır”.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video