“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey İsayevin QOL.az saytına müsahibəsi
- “Qarabağ”la birgə ölkə çempionu oldunuz. Təəssüratlarınız necədir?
- Çox şadam. Düzdür, cəmi yarım ildir burdayam. Komandada yeni olsam da, özümü “Qarabağ”ın bir parçası hesab edirəm. Əlimdən gələni edəcəm ki, növbəti çempionluqlarda daha çox pay sahibi olum.
- Səhv etmiriksə, bu, karyeranızdakı ilk çempionluqdur.
- Bəli, elədir. Bu hissi yaşamaq çox gözəldir. Karyeramda ilk çempionluğumu “Qarabağ”la birgə qazandığım üçün sevinirəm.
- Qarşıdan kubokun finalı gəlir. “Qarabağ”ın “qızıl dubl” etmək şansını necə dəyərləndirirsiniz?
- Çətin oyun olacaq. Hamı gördü ki, “Zirə” bu il çox yaxşı futbol sərgiləyir. Ümumiyyətlə, Rəşad Sadıqovun rəhbərliyi altında bir neçə ildir “Zirə”də iddialı kollektiv formalaşıb. Bizim kimi onlar da kuboku qazanmaq istəyirlər. Ona görə də gərgin, mübarizə dolu bir finala şahidlik edəcəyimizi düşünürəm.
- “Zirə”nin finala qədər Avroliqaya vəsiqəni təmin etməsi “Qarabağ”ın lehinədir, yoxsa əleyhinə?
- Bu, ciddi şəkildə nəyisə dəyişmir. İkinci yeri tutduqları üçün onları təbrik edirəm. Amma finalda var gücləri ilə oynacaqları dəqiqdir.
- O mənada ki, “Zirə” meydana təzyiq altında çıxmayacaq...
- Orda professionallar cəmləşib. Hər biri peşəkar futbolçudur və meydana yalnız titul qazanmaq üçün çıxacaqlar. Məncə, çempionatdan avrokuboklara vəsiqə qazanmasaydılar belə, finala eyni motivasiya, eyni istəklə çıxacaqdılar.
- Son mövsümdəki uğurlu çıxışdan sonra “Qarabağ”dan avrokuboklardakı gözləntilər artacaq...
- Finaldan sonra ilk növbədə istirahət etməliyik. Daha sonra yüksək səviyyədə hazırlıq keçib, avrokuboklarda mübarizəyə qoşulacağıq. İnanıram ki, daha yaxşı nəticələr qazanmaq mümkün olacaq.
- Gələcək planlarınız yalnız “Qarabağ”la bağlıdır?
- Əlbəttə. Komandaya daha çox kömək etmək istəyirəm. Çünki kollektiv məni öz doğması kimi qarşıladı. Bütün bunların qarşılığını meydanda verməliyəm. Söz verirəm ki, bacardığım futbolu sərgiləyəcəm.
- Qışda “Qarabağ”a keçərkən bəziləri sizin səhv seçim etdiyinizi bildirirdilər. Demək olar ki, Aleksey İsayev artıq yeni klubunda özünü sübut edib?
- Xeyr. Bacarığımın heç 50 faizini belə göstərməmişəm. Hər şey irəlilədir. Özümə inanıram, bacaracağam. Düzdür, komandamızda güclü rəqabət var. Lakin bu məqam mənim üçün çox xoşdur. “Qarabağ”da olmaqdan məmnunam.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı