“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
PREMYER LİQA 18 May 2024 / 18:58 16015
-  A +

Misli Premyer Liqasında 35-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün 3 matç keçirilib. Avrokuboklar uğrunda mübarizə aparan komandalardan "Neftçi" "Səbail"ə səfərdə qalib gələrək (3:0) 2-ci pilləyə yüksəlib. "Sabah" "Sumqayıt", "Zirə" isə "Kəpəz" üzərində vacib qələbə qazanıblar.

Beləliklə, Avropa kubokuna gedəcək ən azı daha 2 Azərbaycan komandası gələn həftə keçiriləcək son turda, bütün iştirakçıları isə ən geci kubokun "Qarabağ" - "Zirə" oyunundan sonra müəyyənləşəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

18 may

17:00 "Sabah" – "Sumqayıt" - 2:0 

Qol: Murad Xaçayev, 35-avtoqol, Anatoli Nuriyev, 90
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
“Bank Respublika Arena”

17:00 "Səbail" – "Neftçi" - 0:3 

Qol: Brayan Moreno, 69, Ata Caber, 79, Qara Qarayev, 83
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
“ASCO Arena”

17:00 "Kəpəz" – "Zirə" - 0:1 

Qol: Salifu Suma, 49
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
Tovuz şəhər stadionu

19 may (bazar)

16:00. “Qəbələ”– “Araz-Naxçıvan”
Hakimlər
: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Qəbələ şəhər stadionu

17 may (cümə)

“Qarabağ” – “Turan Tovuz” - 4:3

N Klublar O Q H M T-F X
1 Qarabağ 35 26 4 5 95-35 82
2 Neftçi 35 16 8 11 51-39 56
3 Zirə 35 15 10 10 32-22 55
4 Sabah 35 16 7 12 49-40 55
5 Sumqayıt 35 14 12 8 36-38 54
6 Turan Tovuz 35 12 9 14 52-53 45
7 Səbail 35 11 9 15 50-59 42
8 Kəpəz 35 9 8 18 39-66 35
9 Araz-Naxçıvan 34 9 8 17 29-46 35
10 Qəbələ 34 6 5 23 28-63 23

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 19 qol
Aleksandr Ramalinqom ("Səbail") - 14 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

Daha çox


Son xəbərlər