"İnter Mayami" 9 nəfərlə qalib gəldi

"İnter Mayami" 9 nəfərlə qalib gəldi
XƏBƏR 16 İyun 2024 / 10:35 2833
-  A +

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" MLS-in 19-cu turunda "Filadelfiya Yunion"un qonağı olub.

QOL.az xəbər verir ki, Çesterdə "Subaru Park" stadionunda baş tutan görüş "İnter Mayami"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

69-cu dəqiqədə qonaqların heyətində David Ruiz meydandan qovulub, 84-cü dəqiqədə isə Tomas Aviles meydanı tərk edib.

"İnter Mayami" qələbə qolunu əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində vurub. Bu görüşdə hücumçular Lionel Messi və Luis Suares iştirak etməyib .

Hazırda turnir cədvəlində "İnter Mayami" 38 xalla liderdir.


Son xəbərlər