Premyer Liqa klubu yeni baş məşqçisini açıqladı

Premyer Liqa klubu yeni baş məşqçisini açıqladı
DÜNYA FUTBOLU 15 İyun 2024 / 20:17 2529
-  A +

"Brayton"un yeni baş məşqçisi müəyyənləşib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, Roberto De Zerbinin istefasından sonra boş qalmış bu vəzifəyə Fabian Hürzeler təyin edilib. Almaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 31 yaşlı çalışdırıcı Premyer Liqa tarixində ən gənc baş məşqçi olub.

Qeyd edək ki, F.Hürzeler "St. Paulu"da işləyib.


Son xəbərlər