“Turan Tovuz” PFK beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq yönündə işlərini davam etdirir.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə klubun idarə heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandamızın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyev Niderlandda səfərdədirlər. Səfərin əsas məqsədi buradakı qabaqcıl klubların əsas komandalarda tətbiq etdikləri yeniliklər, məşq prosesi, klub idarəetməsi və struktur bölgüsü üzrə iş prosesi, akademiyaların fəlsəfəsi, infrastruktur layihələri və müasir texnologiyaların futbolda tətbiqini yaxından öyrənmək və təcrübə toplamaq olub.
Səfərin ilk günündə klub nümayəndələri son Niderland çempionu PSV-nin düşərgəsində olublar. Görüş zamanı akademiya koordinatoru Mitç van Gellek prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat etdikdən sonra akademiyanın fəlsəfəsi, iş prinsipləri, seleksiya, fiziki, taktiki və psixoloji hazırlıq, akademiyanın ixtiyarına verilən infrastruktur və texnoloji yeniliklər haqda geniş məlumat verib. Daha sonra nümayəndələr akademiya komandalarının məşqində iştirak etməklə yerində müşahidə aparıblar. Burada da məşq prosesi haqda maarifləndirici məlumatlar verilib. Nümayəndələr daha sonra klubun və akademiyanın infrastrukturu ilə yaxından tanış olublar. PSV-nin əsas komandasının baş məşqçisi Peter Boşun köməkçisi Yurgen Dirx təqdim etdiyi prezentasiya ilə əsas komandanın məşq və ümumi hazırlıq planları haqda geniş məlumat verib.
Səfərin ikinci günündə klub nümayəndələri “Feyenoord”un qonağı olublar. Akademiya koordinatorları David Toxopeus və Marvin Muis təqdimatla akademiyanın iş prinsipləri, istedadlı uşaqların seleksiyası, onların inkişafı üçün atılan vacib addımlar, uşaqların inkişafında tətbiq olunan fərdi yanaşma metodları haqda məlumatları çatdırıblar. Nümayəndələr buradakı infrastrukturla yaxından tanış olublar. Məşqlərdə iştirak etməklə yerində lazımi məlumatlar əldə ediblər.
İşgüzar səfər davam edir.
Yuxarı
"Sumqayıt"dan gözəl təəssüratlarla ayrılıram" - Saşa İliç
Qurban Qurbanovdan transfer açıqlamaları
A seriyasında mövsümün ən yaxşı məşqçisi odur
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Turan Tovuz"a qalib gəldi
"Sabah" "Turan Tovuz"u belə məğlub etdi - Video
Rəsmi: "Real"dan gedir
"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas
“Mingəçevir” pley-off-da! - Yenilənib
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Messinin dodaq uçuqladan sərvəti
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
"Etihad"ın şimal tribunası Qvardiolanın adını daşıyacaq
1-ci liqaya vəsiqə uğrunda pley-off oyununun yeri bilindi
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Yunayted" Kerriklə yeni müqavilə imzaladı
"Mançester Siti" Qvardiolanın gedəcəyini açıqladı - Rəsmi
Ulduz futbolçular DÇ-2026-ya aparılmır - İngiltərənin heyəti
Byelsa Uruqvay millisindən gedir
Arbeloa "Real"dan ayrılacağını açıqladı
Aspilikueta karyerasını başa vurur
Pedronun ayrılıq qərarı açıqlandı
Norveç millisinin DÇ-2026 üçün yekun heyəti
Finalda ürəkləri isidən medal jesti - Video
Tyaqo Silva "Portu"dan ayrıldı - Rəsmi
20-ci dəfə ölkə çempionu oldular
La Liqada süni intellekt dövrü başlayır
Fransa klubu yeni baş məşqçisini açıqladı
Ronaldonun 8-ci ölkə çempionluğu - Video
Bu gün “Şəfa” mükafatlandırılacaq
İkiqat Olimpiya çempionunun oğlu Azərbaycan millisində
Ronaldo dubl etdi, "Əl-Nəsr" çempion oldu
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi