Bugünlərdə İspaniya Kral Kubokunu qazanan “Atletik” azarkeşləri ilə unudulmaz bayram tədbiri təşkil edib. Aprelin 6-da onlar “Real Malyorka”ya finalda qalib gələrək (penaltilər seriyasında) 40 il sonra yenidən İspaniya kubokuna sahib olublar.
QOL.az xəbər verir ki, bu zəfərin şərəfinə Bask bölgəsindəki Bilbao şəhərində möhtəşəm şənlik təşkil olunub. 1984-cü ildə qazanılan kubok üçün mərasimdə istifadə olunan “La Gabarra” adlı gəmi xüsusi olaraq bu tədbirə görə muzeydən çıxarılaraq 40 il sonra çaya buraxılıb.

“Atletik”in futbolçuları və məşqçi heyəti 18,5 metr uzunluğunda olan gəmiyə minərək Bilbao çayında 13 km. məsafə qət ediblər. Çayın kənarındakı bütün yollara, evlərin eyvanına, kafe və restoranların terasına çıxan azarkeşlər sevimli komandalarının sevincinə şərik olublar.

Bilbao şəhəri klubun rəngi ağ-qırmızıya bürünüb. İspaniya mətbuatının yazdığına görə, bayram tədbirində 1 milyona yaxın insan iştirak edib.

Tədbir Bilbao bələdiyyəsinin eyvanında təşkil olunan çıxışlarla başa çatıb.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”