Dani Alveş ziyafət təşkil etdi

Dani Alveş ziyafət təşkil etdi
XƏBƏR 28 Mart 2024 / 16:58 4938
-  A +

Əfsanəvi braziliyalı futbolçu Dani Alveş həbsdən çıxdıqdan sonra ziyafət təşkil edib.

QOL.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb. Ziyafətdə sabiq futbolçunun ailə üzvləri və dostları iştirak ediblər. 

Bildirilir ki, tədbir əslində futbolçunun azadlığa çıxmasına yox, onun atasının ad gününə həsr olunub. Qonaqların səhər saat 5-ə qədər əyləndiyi qeyd edilir.

Xatırladaq ki, braziliyalı futbolçu gecə klublarının birində bir qıza təcavüz etdiyi üçün 4,5 il həbs cəzasına məhkum edilsə də, bir neçə gün əvvəl girov müqabilində zaminə buraxılıb.


Son xəbərlər