"Napoli"nin planları məlum oldu

"Napoli"nin planları məlum oldu
XƏBƏR 24 Mart 2024 / 15:55 1551
-  A +

"Napoli" rəhbərliyi klubun baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı qərar verib.

QOL.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. 

Klub komandanı "Fiorentina"nın baş məşqçisi Vinçenzo İtalianoya tapşırmaq istəyir. Əgər danışıqlar uğurlu olmasa, "Napoli" Raffaele Palladino ("Monza") və Françesko Farioli ("Nitsa") variantlarını nəzərdən keçirəcək.

Neapol təmsilçisi ötən ay baş məşqçisi Valter Mazzarrini istefaya göndərib. Onun yerinə müvəqqəti olaraq Françesko Kalzona təyin edilib. Onun müqaviləsi 2024-cü ilin yayına qədərdir.

29 turdan sonra "Napoli" İtaliya çempionatının turnir cədvəlində 45 xalla 7-ci pillədə qərarlaşıb.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır