“Oyuna pis başlamamışdıq. Rəqib isə bütün komanda ilə yaxşı müdafiə olunurdu. Buna görə qol vurmaq bir qədər çətinləşirdi”.
QOL.az saytına açıqlamasında bu sözləri milli komandamızın müdafiəçisi Bədavi Hüseynov “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.
O, qələbə qolunu vurmalarını müsbət hal kimi dəyərləndirib: “İlk hissədə xeyli qol şansımız olsa da, dəyərləndirə bilmədik. Yekunda rəqibi tamamilə qapısına doğru sıxışdırmışdıq. Yaxşı ki qələbə qolunu vura bildik. Qalib gəldiyimiz üçün sevinirəm. Bu qol yaxşı əhval-ruhiyyə ilə Bolqarıstanla görüşə hazırlaşmağa imkan yaratdı”.
33 yaşlı futbolçu bildirib ki, milli oyun ritmini itirib: “Hesabı daha tez açmaq üçün bir qədər dəqiqlik çatışmadı. Həm də neçə vaxtdır birgə oynamırdıq. Hiss olunur ki, oyun ritmini itirmişik. Çalışmalıyıq ki, növbəti matçlarda yaxaladığımız epizodları daha yaxşı reallaşdıraq”.
B.Hüseynov hazırda milliyə rəhbərlik edən Arif Əsədov barədə də danışıb: “Arif Əsədovu yaxşı tanıyırıq. O da bizim hansı keyfiyyətlərə sahib olduğumuzu bilir. Ümumi götürdükdə, millidə ciddi dəyişiklik yoxdur. Əsədov müəyyən korrektələr edib. O, bizdən hücum futbolu tələb edir. Bu isə bəzən alınır, bəzən yox. Üzərində işləməli olduğumuz məqamlar var”.
B.Hüseynov sabah Bolqarıstana qarşı keçiriləcək matçdan da söz açıb: “Bolqarıstan daha çiddi rəqibdir. Hücum futbolu oynamağa çalışacağıq. Hazırlıq baxımından bizim üçün yaxşı matçdır. Bu qarşılaşma gələcək üçün faydalı olacaq”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı