Maradonanı qabaqladı, yalnız Messidən geri qalır

Maradonanı qabaqladı, yalnız Messidən geri qalır
XƏBƏR 23 Mart 2024 / 13:59 2811
-  A +

Argentina millisi El Salvadorla milli komandası ilə yoxlama oyunu keçirib.

QOL.az xəbər verir ki, görüş Filadelfiyadakı "Linkoln Financial Field" stadionunda oynanılıb. Matçda Argentina millisi 3:0 hesabı ilə qalib gəlib. 

Qolları 16-cı dəqiqədə Kristian Romero, 42-ci dəqiqədə Enzo Fernandez, 52-ci dəqiqədə isə Covanno lo Kelso vurub. Oyunda Anhel Di Mariya komandasının ilk qolunun ötürməsini verib. Bu, Di Mariyanın millidəki 27-ci qol ötürməsi olub. Nəticədə o, komandanın əfsanəvi futbolçusu Dieqo Maradonanı geridə qoyub. Di Mariya bu statistika üzrə sıralamada 2-ci yerə yüksəlib.

Siyahıya 54 qol ötürməsi ilə Lionel Messi başçılıq edir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner