İngiltərə millisinin oyununu buraxacaq

İngiltərə millisinin oyununu buraxacaq
XƏBƏR 23 Mart 2024 / 13:19 1233
-  A +

İngiltərə millisinin və "Bavariya"nın futbolçusu Harri Keyn “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Braziliya ilə matçını buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 30 yaşlı hücumçu Münhen təmsilçisinin heyətində "Darmştadt"la görüşdə zədələnmişdi. O, topuğundan zədə alıb. Forvardın artıq Braziliya ilə oyunu buraxacağı dəqiqləşib. Onun Belçikaya qarşı oynayıb-oynamayacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, İngiltərə millisinin Braziliya ilə oyunu bu gün keçiriləcək. Komanda 26-da isə Belçika ilə qarşılaşacaq.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə