FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series - Edition 2024” layihəsi çərçivəsində sabah Monqolustanla qarşılaşacaq Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov bu gün oyunöncəsi mətbuat konfransı keçirib.
QOL.az saytının məlumatına görə, mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini açıqlayıb:
“İlk növbədə xalqımızı Ramazan və Novruz bayramı münasibəti ilə təbrik edirəm. Martın 18-də 24 futbolçu ilə toplanışa başladıq. Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün yığmadan ayrıldı. O, təcili əməliyyat olunmalıdır. Bildiyiniz kimi, heyətə yeni futbolçular da cəlb etmişik. Çalışacağıq ki, onlardan da istifadə edək. Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər matçlara fərqli taktiki gedişlərlə çıxaq”.
Daha sonra isə o, jurnalistlərin suallarını cavablandırıb.
- “Sumqayıt” cari mövsüm inamlı təsir bağışlasa da, bu komandadan heç kimin milliyə dəvət almaması nə ilə əlaqədardır?
- Bütün komandaları izləyirik. Hər futbolçu üçün millinin qapısı açıqdır. Bu toplanışa düşünmədik. O demək deyil ki, onlar həmişəlik kənarda qalırlar. Elə bu toplanışın gedişdə də “Sumqayıt”ın futbolçularından yararlana bilərik.
- Hücumçu kimi dəvət göndərdiyiniz Ramil Şeydayev, Renat Dadaşov və Musa Qurbanlının potensialına bələdsiniz. Olmazdı ki, “Araz-Naxçıvan”ın hücumçusu, çempionatın bombardirləri siyahısında yer alan yerli hücumçu Orxan Əliyevi heç olmasa Monqolustanla görüşdə sınaqdan keçirəsiniz?
- Adını çəkdiyiniz hücumçular klublarında oyun praktikasından əziyyət çəkirlər. Onsuz da futbolçu qıtlığımız var. Belə anda onları mütləq dəvət etməliyik. Fiziki durumlarına uyğun onlardan istifadə edəcəyik. Hücumçularda bir qədər ruh düşkünlüyü var. Çalışacağıq ki, onları klublarına yaxşı vəziyyətdə yola salaq. Orxan da nəzərimizdədir. Artıq özünə diqqəti cəlb edə bilib. Gələcək oyunlarda onu da dəvət edə bilərik.
- Emil Mustafayevin vəziyyəti necədir?
- Onu çoxdan diqqətimizdə saxlamışıq. Daha əvvəl Canni De Byazi onu dəvət etməyi lazım bilməmişdi. Ola bilər rəsmi oyunlar olduğu üçün bu addımı atmışdı. İndiki durumu yaxşıdır. 2 gündür məşqlərdə pis görünmür. Hiss olunur ki, Ukrayna futbolunun yetirməsidir. Fiziki durumuna uyğun ondan istifadə edəcəyik.
- Rza Cəfərovu sabah qapıda görə bilərikmi?
- Hər hansı futbolçu dəvət alıbsa, deməli, oynamaq şansı var. Mən özüm də sürpriz etməyi xoşlayıram. “Neftçi”də olanda Emil Balayevə ilk dəfə mən şans vermişdim. Hər şey ola bilər. Sabahkı matçda da bu addımı ata bilərik. Şahruddinin də mikro zədəsi var. Bugünkü məşqdən sonra sabah qapıda kimə şans verəcəyimizi qərarlaşdıracağıq.
- Sizin seçiminiz necə olacaq: hücum futbolu, yoxsa müdafiə?
- Fərqli rəqiblərlə üz-üzə gələcəyik. Sabahkı matçda daha çox hücum futboluna üstünlük verəcəyik. Növbəti matçda isə balanslı çıxış etməyə çalışacağıq.
- Qarşıdakı iki matçda uğursuzluq olsa, bu, kimin məsuliyyətində qalacaq?
- İlk növbədə onu deyim ki, mən öz işimi görürəm. Buna görə də əlimdən gələn nə varsa, komandaya aşılamağa çalışıram. Məsuliyyət baş məşqçinindir. Komandanı meydana mən çıxarıramsa, nəticəyə də mən cavabdehəm. Gələcəklə bağlı isə mən bir söz deyə bilmərəm.
- Rəqiblər haqda məlumat toplamısınız?
- Rəqibləri ayyarımdır, analiz edirik. Onların zəif və güclü tərəflərini bilirik. Monqolların futbolu fəəqlidir. Avropalılardan seçilirlər. Komanda daim meydanda hərəkətdədir. Müdafiədə kompakt şəkildə çıxış edirlər. Məşqlərdə bunu yarmaq üzərində çalışırıq.
- Sizin üçün doğma meydan, doğma komanda. İlk dəfə baş məşqçi kimi millini meydana çıxaracaqsınız. Hansı hissləri keçirirsiniz?
- Hər məşqçi üçün qururludur. Mən də bunu dərk edirəm. Daha əvvəl də demişəm ki, ehtiyac olarsa, milliyə hər zaman kömək etməyə təmənnasız hazıram. İndi sanki “Neftçi”dəki günlərimə qayıtmışam. Orda da əvvəlcə köməkçi məşqçi idim. Sonra şans yarandı, baş məşqçi oldum. İndi də o dövrə oxşayır.
- De Byazi ilə problem yaşayan Qara Qarayev yenidən milliyə dəvət ala bilər?
- Qara ilə bağlı məsələ qapanmayıb. Onun üçün millinin qapısı açıqdır. Bu toplanışa hər mövqe üçün 2 futbolçu dəvət etdik. Ona görə Qara çağırılmadı. Növbəti toplanışda qismət olsa, çağırılacaq. Qaranın adı mənim siyahımda var.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər