La Liqanın Təmsilçi Komissiyası "Real"ın La Liqanın 29-cu turunun "Osasuna" ilə matçında (4:2) referi Xuan Martinez Munuera ilə bağlı şikayəti haqqında yekun qərarını verib.
QOL.az xəbər verir ki, bu barədə La Liqanın saytı məlumat yayıb. Qurum Madrid təmsilçisinin şikayətini rədd edib:
"La Liqanın Təmsilçi Komissiyası hesab edir ki, bu şikayət "Real"ın sözügedən quruma təzyiq göstərmək niyyəti ilə ispan hakimlərə qarşı apardığı amansız kampaniyanın növbəti təzahürüdür.
Hakimlərin Texniki Komitəsinin bəyan etdiyi və təsdiq etdiyi kimi, Xuan Martinez Munueranın qərarları qüsursuz idi və hakimliyi tənzimləyən qaydalara diqqətlə uyğunlaşdırılmışdı. Faktların hər hansı başqa təsviri səhvdir”.
Qeyd edək ki, həmin matç zamanı "Osasuna" azarkeşləri dubl edən Vinisiusa “Vinisius, öl!" deyə qışqırıblar, onu təhqir ediblər. "Real"ın fikrincə, baş hakim "kral klubu"nun hücumçusu Vinisiusun ünvanına rəqib komandanın azarkeşləri tərəfindən söylənən təhqirlərin qəsdən fərqinə varmayıb. “Real” həmçinin İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyasına da şikayət edib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”