UEFA-dan Asim Xudiyevə təyinat

UEFA-dan Asim Xudiyevə təyinat
XƏBƏR 20 Mart 2024 / 15:12 2396
-  A +

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Yunanıstan – Andorra oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, martın 26-da keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner