"Barselona" bu il də ABŞ turuna yollanacaq

"Barselona" bu il də ABŞ turuna yollanacaq
XƏBƏR 20 Mart 2024 / 09:40 1104
-  A +

"Barselona" 2024-cü ilin yayında ABŞ turuna yollanacaq.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Kataloniya təmsilçisi iyulun 28-də ABŞ-a səfər edəcək. Komanda üç şəhərdə oyun keçirəcək: Orlando, Nyu-Cersi və Baltimor. "Barselona"nın rəqibləri "Mançester Siti" (30 iyul), "Real" (3 avqust) və "Milan" (6 avqust) olacaq.

Həmçinin əlavə olunur ki, səfərin məqsədi təkcə pul qazanmaq deyil, həm də Amerika bazarında təsirini genişləndirmək üçün müxtəlif sosial tədbirlər keçirməkdir.

Ötən il "Barselona"nın turu Los Anceles, Las Veqas və Dallasdan keçib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner