“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Lavina”sı ilə görüşüb.
C qrupunda yer alan "atlılar" bu qarşılaşmada 6:0 hesabı ilə qalib gəlib. 2-ci dəqiqədə Əhəd Hacızadə hesabı açıb.Oyunun 4 və 6-cı dəqiqələrində Daniil Rəcəbov, 8-ci dəqiqədə Vaqif Nəbiyev, 20-ci dəqiqədə Seyid Zalov, 39-cu dəqiqədə Murad İsmayılov qol vurub.
Qeyd edək ki, "Qarabağ" qrupdakı digər iki matçını bu gün keçirəcək. “Qarabağ” öncə “Rotor”la, ardınca BATE ilə qarşılaşacaq.
"İnter"ə qayıdır
"Çelsi"yə qarşı matçı buraxacaq
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Azarkeşlərə görə matçı boykot edə bilərlər
"Barselona"dan yeni rekord
“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
“Şəfa”ya kubok nə zaman təqdim olunacaq?
Hakimin səhv qərar verdiyi təsdiqləndi - Şəkil
Afrika Millətlər Kuboku dörd ölkədə keçirilə bilər