"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç ölkəsinin mətbuatına açıqlama verib.
QOL.az xəbər verir ki, 32 yaşlı müdafiəçi vijesti.me saytına açıqlamasında komandasından, Ağdam təmsilçisinin bu mövsüm Avropa Liqasındakı mübarizəsindən və başqa mövzulardan danışıb.
Veşoviç Avroliqanın 1/8 finalında "Bayer"ə qarşı keçirdikləri matçlardan (2:2, 2:3) söz açıb: "İnanıram ki, kriteriyalarımız bərabər olsaydı, daha da irəli gedərdik. Bundesliqanın lideri və Azərbaycan klubu... Müxtəlif kriteriyalar bizə çox baha başa gəldi. Buna baxmayaraq, biz keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. Praktiki olaraq Azərbaycanda çempionluğu təmin etmişik. Ümid edirik ki, növbəti mövsüm Avropadakı nəticəmizi təkrarlayacağıq, hətta daha böyük işlər görəcəyik. Problem budur ki, Avropa reytinqində Azərbaycanın əmsalı aşağıdır. Çünki Avropada yalnız “Qarabağ” nəticə verir. Ona görə Çempionlar Liqasına semə mərhələdən başlayacağıq".
O, "Bayer"lə cavab oyununda qol ötürməsinə imza atmasına da toxunub: "Komandaya üstünlük gətirən hərəkətlər nə məşqdə, nə də futbol məktəblərində öyrədilir. Bununla belə, şöhrət qol vuranlara məxsusdur. İctimaiyyət də oyunumu qiymətləndirdi. Matçdan dərhal sonra Xabi Alonsonun köməkçisi yanıma gələrək məni təbrik etdi".
Marko Veşoviç bu mövsü "Qarabağ"ın qol silahına çevrilən Olavio Juninyo haqqında da danışıb: "Juninyo obyektiv olaraq komandanın ən yaxşı oyunçusudur. Düzdü, heç kim “Qarabağ”dan ayrılmaq istəmir, amma onu saxlamaqda çətinlik çəkəcəyik. Çünki Juninyoya çoxlu yaxşı təkliflər gəlir".
Veşoviç Azərbaycan haqda xoş sözlər səsləndirib: "Burada hər şey əladır. Mən xüsusilə temperaturu bəyənirəm. Əvvəllər "Legiya"da mənim üçün əla olsa da, mənfi 10 dərəcədə oynamağı heç sevmirdim. Bundan başqa, burada rus dilində daha çox danışılır. Azərbaycan dili isə hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilində danışırıq. Atmosfer əladır, heç bir anlaşılmazlıq yoxdur, çünki məşqçi Qurban Qurbanov indi Avropanın böyük addır. Biz ənənəvi böyük Monteneqro ailəsi kimiyik. Burada fikirlər eşidilir, amma heç kim məşqçinin son sözünü inkar etmir.
“Qarabağ”ın Avropadakı oyunlarında istisnasız olaraq, bütün yerli klubların azarkeşlərinin bizi dəstəkləməsi, bizə hörmət bəsləməsi, bəzən saatlarla avtoqraf verib, şəkil çəkdirməyimiz xoşuma gəlir. Onlar tez-tez məni Marko Yankoviçlə səhv salırlar. Bu, həqiqətən də bizi güldürür. Çünki görünür, eyni ad onları çaşdırır".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı