"Frayburq"un baş məşqçisi Kristian Ştrayx 2023/24 mövsümünün sonunda klubdan ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. 58 yaşlı məşqçi Bundesliqa təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcəyini deyib:
“Bu barədə uzun müddət düşündüm. Uzun müddət danışdıq. Getmək vaxtıdır. Bu klub mənim həyatımdır. Mən həmişə aldığım böyük dəstəyə görə minnətdar olacağam”.
Kristian Ştrayx bütün məşqçilik karyerasını "Frayburq"da keçirib . O, 1995-ci ildə U-19-un məşqçisi kimi karyerasına başlayıb və 2011-ci ilə qədər komandaya rəhbərlik edib. K.Ştrayx 2007-2011-ci illərdə əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsində çalışıb.
Mütəxəssis 2011-ci ilin dekabrından bu günə kimi "Frayburq"un baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 481 matça çıxıb, 193 qələbə qazanıb. Ştrayxla komanda iki dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib və bir dəfə Almaniya kubokunun finalında çıxış edib. Həmçinin "Frayburq" bir dəfə Bundesliqadan aşağı liqaya düşüb, lakin növbəti mövsüm geri qayıdıb. "Frayburq" hazırda Bundesliqada 9-cu yerdədir.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi