"Kəpəz" bugünkü oyuna itkilərlə çıxacaq

"Kəpəz" bugünkü oyuna itkilərlə çıxacaq
XƏBƏR 16 Mart 2024 / 15:18 1079
-  A +

"Kəpəz" Misli Premyer Liqasının 27-ci turunda "Zirə" ilə oyuna itkilərlə çıxacaq.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iki futbolçu matçda Gəncə təmsilçisinə kömək edə bilməyəcək. Elçin Əlicanov və Georgi Papunaşvili heyətdə yer almayıb.

Əlicanov sarı vərəqə limitinə görə cəzalı duruma düşüb. Papu isə zədəlidir.

Sözügedən oyun bu gün saat 16:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner