"Qarabağ”ın futbolçusu Olaviyo Juninyo Avropa Liqasının 1/8 final mərhələsində səfərdə “Bayer”ə 2:3 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra açıqlama verib.
QOL.az xəbər verir ki, CBC Sport telekanalına verdiyi müsahibədə braziliyalı əvvəlcə matç haqda təəssüratlarını bölüşüb: "Maraqlı oyun alındı. Daha çox ikinci buraxdığımız qola görə üzülürəm. Sanki ağızda acı dad təsiri bağışlayır. Ümumilikdə isə "Bayer"in potensialına bələdik. Göstərdikləri oyuna görə qələbəyə layiq olduqlarını düşünürəm. Bizdə isə bir az bəxtsizlik oldu, qırmızı vərəqə aldıq. O da oyuna təsiredici məqamlardan oldu".
Juninyo ikinci hissədə əvəz olunmasından narazı qalmadığını bildirib: "Oyunun hansı sürətdə keçdiyini özünüz gördünüz. Bir az yorğunluq var idi. Buna baxmayaraq, bu cür oyunlarda hamı sona qədər meydanda olmaq istəyir. Amma mən də, baş məşqçimiz də yorğun olduğumu bilirdi. Bu, oyunun bir hissəsidir, belə məqamlar olur".
27 yaşlı hücumçu "Qarabağ" da qalmaq istəyin nə dərəcədədir" sualına belə cavab verib: "Onu deyə bilərəm ki, olduğum yerdə çox xoşbəxtəm. Təmsil etdiyim ölkəyə görə, oynadığım kluba görə qürurluyam. Eyni zamanda gəldiyim kluba tez bir zamanda adaptasiya oldum. Bu futboldur, hər şey ola bilər. İndi biz yerli çempionata köklənməli, mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər və biz buna hazır olmalıyıq".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi