“Qarabağ” bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bayer” klubu ilə görüşəcək.
QOL.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün Leverkuzendə keçiriləcək matça yollanmayıb.
Bakıda olan klub prezidenti komandaya uğurlar arzulayıb: “Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, öz gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.
Tahir Gözəl "Qarabağ"dan əzmkar mübarizə gözlədiyini vurğulayıb: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Əsas böyük ürəyin, mübarizliyin olmasıdır. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi