"Bayer"i bu mövsüm mübarizə apardığı üç tituldan birini qazanmaqdan 17 oyun ayırır (9 oyun Bundesliqa, 6 oyun Avroliqa, 2 oyun kubok). Bununla leverkuzenlilərin 31 illik quraqlığına son qoyulacaq. Amma onları trebl (qızıl het-trik) yolunda bu axşam "Bay Arena"da "Qarabağ"la gözlənilməz final gözləyir".
QOL.az xəbər verir ki, bu sözlər İspaniyanın məşhur "Marca" idman qəzetində Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" matçı ilə hazırlanan yazıdan götürülüb. Yazı oxuculara "Xabi Alonsonun Leverkuzeni üçün gözlənilməz final" başlığı ilə təqdim olunub.
Qeyd edilir ki, ispan mütəxəssisin komandası ilk matçdakı 2:2 hesablı heç-heçə səbəbindən bu gün yaxşı nəticə əldə etməlidir. Bu halda onlar 1/4 finala adlayacaqlar.
Yazıda daha sonra bildirilir ki, bu, matçbol olacaq (son ana qədər mübarizə). Qəzet "Bayer"in baş məşqçisi Xabi Alonsonun fikirlərinə də yer verir: "Belə oyunlar mənim xoşuma gəlir. Çünki sən ya hər şeyi udursan, ya da heç nəyi. Belə oyunlar həmişə xüsusidir və həyəcanverici atmosfer yaradır. Amma biz çox narahat olmaya bilərik".

Yazıda xatırladılır ki, Azərbaycan çempionu ötən həftə Avropanın yeganə məğlubedilməz komandası - 35 oyundur (həmin görüşə qədər) heç bir turnirdə uduzmayan "Bayer"ə qalib gəlməyə yaxın olub. "Qarabağ"ın hesabda 2:0 öndə olduğunu yazan qəzet "Bayer"in yalnız Virts (70) və Şikin (90+2) son dəqiqələrdə vurduğu qol sayəsində məğlubiyyətdən xilas olduğunu qeyd edir və bunu "möcüzə" adlandırır.
"Marca" daha sonra yenidən Xabi Alonsonun dünən keçirilən mətbuat konfransındakı fikirlərinə yer verir: "Ötən həftəki oyun bizim üçün çox çətin oldu. "Qarabağ"ın güclü heyəti və yaxşı oyunçuları var. Bizə inamlı oyun lazımdır".
Qəzet qeyd edir ki, "Bavariya"nı 10 xal qabaqlayaraq Bundesliqanın lideri olan "Bayer" heç bir yarışda təslim olmaq bilmir: "Biz öz oyunumuzdakı ardıcıllıq və ritm arasında düzgün balansı tapmalıyıq. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq. Əgər bunu etsək, növbəti mərhələyə keçmək şansımız daha çox olacaq".
"Bayer"də Bonifase və Artur zədəlidir. "Marca"nın fikrincə, Leverkuzen komandası bugünkü oyuna əsas 11-liklə çıxacaq: "Lakin istisna deyil ki, daha az oyun şansı qazanan bəzi oyunçular (Tella, Borxe İqlesias, Adli) ilk dəqiqələrdən meydanda olsun. Qapıda kimin duracağı bilinmirdi. Amma görünür, bu məsələ həll olunub. Avropa Liqasının əsas heyət oyunçusu Kovarj yenidən 11-likdə olacaq. "Matey mənə dedi ki, o, hər şeyə hazırdır. Ona görə də o oynayacaq" - deyə Xabi Alonso bildirir".
Qəzet xatırladır ki, "Bayer" və "Qarabağ" bu mövsüm artıq qrup mərhələsində üz-üzə gəliblər: "Həmin vaxt Leverkuzen komanda hər iki görüşdə rəqibi iki dəfə məğlub etməklə maksimum xal toplayıb: 5:1 və 1:0. "Qarabağ" 2017/18 mövsümündə "Atletiko"nun Çempionlar Liqasında növbəti mərhələyə keçməsinə imkan verməməklə Avropanı təəccübləndirib. Onlar indi də Avropada tarix yazmağa davam etməyə can atırlar. "Qarabağ" 1/8 finalda debüt edir, amma 1/4 finalı da istəyir".
Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" oyunu yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00-da) başlanacaq.

Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə