"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Yurqorden"də çıxış edən komandanın sabiq futbolçusu Musa Qurbanlının Ağdam təmsilçisinə mümkün qayıdışını şərh edib.
QOL.az xəbər verir ki, o, Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib:
"Hazırda yeni hücumçu haqda düşünmürük. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər".
Qeyd edək ki, M.Qurbanlı ötən ilin iyulunda "Qarabağ"dan "Yurqorden"ə keçib. Oyunçu İsveç təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. İsveç mətbuatında onun yeni mövsümdə başqa kluba icarəyə verilə biləcəyinin mümkünlüyünə dair fikirlər yayılıb.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır