Juninyonun son durumu necədir?

Juninyonun son durumu necədir?
XƏBƏR 13 Mart 2024 / 21:27 6388
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Olavio Juninyonun son durumu haqda danışıb.

QOL.az xəbər verir ki, o, Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab oyunu öncəsi deyib: "Juninyonun sabah əsas heyətdə olub-olmayacağı hələ bilinmir. Məşqdən sonra qərar veriləcək".

Qeyd edək ki, Juninyo  Leverkuzen təmsilçisi ilə ilk görüşdə zədələnmişdi.

Xatırladaq ki, martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.


Son xəbərlər
03.06.26  16:24

UFC turniri Ağ Evdə!

topaz banner