Türkiyəli mütəxəssis, "Qarabağ"ın U-19 komandasının sabiq baş məşqçisi Önder Karavelinin yeni iş yeri müəyyənləşib.
QOL.az xəbər verir ki, o, Türkiyənin tanınmış klublarından olmuş, hazırda isə həvəskar region liqasında mübarizə aparan "Eskişehirspor"un baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
"Eskişehirspor" həvəskar region liqasının 6-cı qrupunda 42 xal toplayıb və hazırda 2-cidir.
Qeyd edək ki, Önder Karaveli 2019-2021-ci illərdə "Qarabağ" U-19-un baş məşqçisi olub. 2021/22 mövsümündə "Beşiktaş"ın əsas komandasının baş məşqçisi işləyib.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var