Azarkeşlərə görə kluba cərimə kəsildi

Azarkeşlərə görə kluba cərimə kəsildi
XƏBƏR 12 Mart 2024 / 16:02 1432
-  A +

AFFA  İntizam Komitəsi “Kəpəz”i cərimələyib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, buna Gəncə təmsilçisinin azarkeşlərinin Misli Premyer Liqasının 26-cı turunda “Neftçi”yə qarşı matçda oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub. Buna görə “Kəpəz” 1000 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən görüş 3:3 hesabı ilə başa çatıb.


Son xəbərlər
topaz banner