Ozan Can Kökçü Niderlandda 10-cu qolunu vurdu

Ozan Can Kökçü Niderlandda 10-cu qolunu vurdu
XƏBƏR 12 Mart 2024 / 12:33 1560
-  A +

 Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün də formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda 30-cu turun oyununa çıxıb

QOL.az xəbər verir ki, komanda "Yonq Utrext"i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Kökçü 11-ci dəqiqə komandasının ilk qolunu vurub. Bu, onun divizionda bu mövsüm vurduğu 10-cu qol olub.

Qeyd edək ki, “Eyndhoven” hazırda 37 xalla 14-cü pillədə qərarlaşıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner