Musanın komandası yarımfinala yüksəldi

Musanın komandası yarımfinala yüksəldi
XƏBƏR 10 Mart 2024 / 17:50 3078
-  A +

İsveç kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" bu mərhələdə "Degerfors"u qəbul edib və böyükhesablı qələbə qazanıb - 3:0.

Musanın adı matçın iştirak ərizəsində olsa da, o, sona qədər ehtiyatda qalıb.

"Yurqorden" bu qələbə ilə yarımfinala yüksəlib.

Daha çox


Son xəbərlər
topaz banner