"Bayer"in oyunçusu Conatan Tah Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la heç-heçə etdikləri matçdan (2:2) sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, müdafiəçi əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb: “Çətin oyun oldu. Onların yaxşı oyunçuları var. Birinci hissədə bizim bəzi problemlərimiz var idi və çox da yaxşı oyun göstərmədik. İkinci hissədə ürəklə və inamlı düşüncə tərzi ilə qayıtdıq. Bacardığımızı etməyə çalışdıq. Şadam ki, hesabı bərabərləşdirə bildik”.
O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirilən oyunları yada salıb: “Əlbəttə ki, bu oyun daha çətin idi. Qrup mərhələsi fərqlidir, çünki məğlubiyyətdən də sonra irəliləmək olur. Lakin indi biri qalır, biri çıxır. Ya irəliyə gedəcəksən, ya turniri tərk edəcəksən. Hamı isə turnirdə qalmaq istəyir. Ona görə bu oyunlar daha çətin olur. Futbolçular daha istəkli və aqressiv oynayırlar”.
28 yaşlı müdafiəçi gələn həftə keçiriləcək cavab oyunu haqda belə deyib: “Biz evdə oynayacağıq, ona görə də özümüzü inamlı hiss edirik. Növbəti mərhələyə keçmək istəyirik”.
O, Juninyoya qarşı oynayaraq çətinlik çəkdiyini qeyd edib: “Çox yaxşı oyunçuları var. Mən müdafiəçi olduğuma görə oyun boyu Juninyoya qarşı oynayıram. Ona qarşı oynamaq isə çətindir. Zubir və Yankoviç də çox yaxşı oyunçulardır. Özünə inamlı və keyfiyyətli oyunçuları var. Aqressiv oyun nümayiş etdirə bilirlər”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi