"Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda "Qarabağ"la heç-heçə etdikləri matçdan (2:2) sonra mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, mütəxəssis əvvəlcə "Qarabağ"ın gücünü vurğulayıb:
"Çalışacağıq ki, ikinci yarıdakı oyunumuzu cavab görüşündə də meydanda göstərək. Bilirdim ki, bizi çətin rəqib gözləyir. Meydanda güclü “Qarabağ”ı gördük. Ona görə də çətin oyun oldu. Bilmirəm, gələn həftə necə olacaq. Qarşımızda güclü komanda var idi".
O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla dostluq münasibətinin olmasının bu komandaların heç-heçə etməsinə təsir göstərmədiyini bildirib: "Bunun heç bir təsiri olmadı. Çünki oyuna təsiri oyunçular göstərir. Onları oyuna hazırlamağa çalışırıq".
Əgər "Bayer" hesabı bərabərləşdirə bilməsəydi, 34 oyunluq məğlubiyyət seriyası qırılacaqdı. X.Alonso bu haqda deyib: "Mən buna çox fokuslanmıram. Mənim üçün əsas olan komandanın yaxşı oyunudur. İlk məğlubiyyət olsa belə, bu ab-havanın komandada qalmasını istəyirəm. Fasilədən sonra yaxşı olmayan nəticəni düzəltdik".
X.Alonso qeyd edib ki, bu gün "Bayer"in bəxti gətirib: "Bizim bəxtimiz gətirdi ki, hesabı 2:2 etdik. “Qarabağ”ın bəxti gətirmədi. Şanslardan yararlana bilmədilər. Bir həftədən sonra da Leverkuzendəki matçda şanslar 50/50-dir".
O, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko"ya qarşı keçirdiyi oyunları xatırladığını söyləyib: "Qurban Qurbanovun təcrübəsi çoxdur. "Qarabağ"ın "Atletiko"ya qarşı ÇL-dəki oyunlarını da xatırlayıram. Qurban Qurbanovu komandanı neçə illərdir çempion edir, avrokuboklara çıxarır. O, böyük işlər görür".
Baş məşqçi start heyətdən əksər vacib futbolçularına yer verməməsinə də toxunub: "Mən hər bir oyunçuma inanıram. Bugünkü heyətin də “Qarabağ”ı uda biləcəyini düşünürdüm. Hər bir məşqçi üçün ehtiyat skamya da vacibdir. Şadam ki, onlar meydana çıxaraq komandanın qollarını vurdular".
X.Alonso "Bu "Bayer"in ən zəif birinci hissə idi. Fasilədə futbolçulara nə dediniz" sualını cavablandırıb: "Bura Bundesliqa oyunu deyildi, pley-off oyunu idi. İlk hissə ən zəif birinci hissə deyildi. Amma hər şey istədiyimiz kimi alınmadı. Vacib olan odur ki, ehtiyatdan meydana girənlər matçın gedişatını dəyişdilər və iki qol vurduq".
X.Alonso bunu da vurğulayıb ki, "Qarabağ"ın top liqalarda oynayacaq potensiala malik futbolçuları var: "Çox yaxşı, keyfiyyətli oyunçular var. Bəziləri Bundesliqada oynaya bilər. "Qarabağ"ın özü də Bundesliqada oynaya bilər. Amma oyunçuların adını isə çəkmək istəmirəm".
"Çox qol şanslarınız olmadı, ilk qolda da Abdullah Zubir sizə "kömək" etdi. Niyə son matçlarda çox qol şansları yarada bilmirsiniz" sualını belə cavablandırıb: "Bunu analiz edəcəyik. Topu üçüncü zonaya çatdırmaq bizdə alınmırdı. Səhvləri düzəltməyə çalışacağıq".
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə