"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem "Valensiya" ilə oyunda (2:2) qırmızı vərəqə almasına görə 2 oyunluq cəzalandırlması barədə danışıb.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, sözügedən matçın baş hakimi Xesus Gil Manzano 90+9-cu dəqiqədə Bellinqemin vurduğu qolu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl - top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fiti səsləndirib.
Bundan sonra “Real”ın futbolçuları hakimlə mübahisəyə başlayıblar. Sayılmayan qolun müəllifi Bellinqemə isə qırmızı vərəqə göstərilib. Ötən gün La Liqa futbolçunun 2 oyunluq cəzalandırıldığını açıqlayıb.
Bellinqem isə açıqlamasında bunun yalnış qərar olduğunu vurğulayıb: “Baş verənlər hakim və onun final fitini səsləndirməsi ilə bağlıdır. Unutmamalıyıq ki, o insandır, amma mən də insanam. Hərəkətlərimi qiymətləndirmək üçün daha sağlam düşüncədən istifadə etməliyəm. Mən təhqiredici heç nə demədim, sözlərim komanda yoldaşlarımın dediklərindən fərqlənmirdi. Amma öz əməllərimə görə məsuliyyət daşıyıram. Amma iki matç qadağasının gülünc olduğunu düşünürəm. Əgər cəza belə qalsa, mən bu məsuliyyəti qəbul etməliyəm. Onda mən “Real”ı tribunadan dəstəkləyəcəm”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi