"Bayer"in "Qarabağ"la oyunla bağlı paylaşımı - Şəkil

"Bayer"in "Qarabağ"la oyunla bağlı paylaşımı - Şəkil
XƏBƏR 7 Mart 2024 / 14:24 5581
-  A +

"Bayer" "Qarabağ"a qarşı bu gün keçiriləcək oyunla bağlı paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşım klubun sosial şəbəkə hesablarında almanca "Spieltag" (oyun günü) sözləri ilə yayımlanıb. 

Paylaşımda Bakının mərkəzi hissələri, Alov Qüllələri yer alıb. Alov Qüllələrinin iki binası arasında komandaların loqolarının yer aldığı bayraqlar bir-birinə bitişik halda əks olunub. 

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ" - "Bayer" ilk oyunu bu gün keçiriləcək. Cavab matçı martın 14-də Leverkuzendə keçiriləcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner