Noyer Kasilyasın rekordunu təkrarladı

Noyer Kasilyasın rekordunu təkrarladı
XƏBƏR 6 Mart 2024 / 12:19 1223
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Latsio" ilə cavab oyunu “Bavariya”nın qapıçısı Manuel Noyer üçün əlamətdar olub. 

QOL.az xəbər verir ki, o, bu matçda qol buraxmayıb. 

"Opta"nın məlumatına görə, 37 yaşlı almaniyalı ÇL-də ümumilikdə 57 görüşdə qapısını toxunulmaz saxlayıb. Bununla da Noyer “Real”ın sabiq qolkiperi İker Kasilyasın rekordunu təkrarlayıb. 

Qeyd edək ki, "Bavariya" iki görüşün cəmində (ilk oyun - 0:1, cavab oyunu - 3:0) "Latsio"nu üstələyib və 1/4 finala adlayıb.

Daha çox


Son xəbərlər
topaz banner