Tuhel: "Bavariya" qələbəyə layiq idi"

Tuhel: "Bavariya" qələbəyə layiq idi"
XƏBƏR 6 Mart 2024 / 11:38 1249
-  A +

"Bavariya"nın baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Latsio"nu məğlub edərək (3:0, ilk oyun - 0:1) 1/4 finala adlamaqlarını şərh edib.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis komandasının layiqli qələbə qazandığını deyib:

“Komandam çox möhkəm və intizamlı oynadı. Bu gün başımızı itirmədik. İlk oyunla müqayisədə daha cəsarətli hərəkət etdik. İlk qolu vaxtında vurduq və sonradan fərqi artırmaq üçün tempi qoruduq. İkinci qol lazımi anda gəldi. Bu, bizə inam verdi. Biz bu qələbəyə layiq idik”


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner