"Sabah"ın yeni baş məşqçisi Krunoslav Renduliç kluba təyinatından danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis paytaxt təmsilçisinin saytına açıqlamasında əvvəlcə öz uğurlarından söz açıb:
“Burada olmaqdan şadam. 40 yaşıma qədər davam edən futbolçu karyeram Xorvatiya ilə bağlıdır. Futbolçu karyeramı başa vurduqdan sonra məşqçiliyə başladım. İlk iki ilimi İranda - "Fulad Xuzestan" klubunda keçirdim. 2018-ci ildən baş məşqçi kimi fəaliyyət göstərməyə başladım. Həmin vaxtdan Xorvatiyanın bir neçə klubunu çalışdırdım. Sonuncu iş yerim Bosniya və Herseqovina "Zrinski"si olub. Qürurla demək istəyirəm ki, bu klubla həm çempionluğu, həm də ölkə kubokunu qazandım. Bundan əlavə, biz avrokubokların qrup mərhələsinə yüksələn ilk Bosniya və Herseqovina klubu olduq, tarix yazdıq".
O, qarşıya qoyduğu hədəflərdən də danışıb: "Futbolçular üçün zehni və fiziki güc çox vacibdir. Mən özüm futbolçu kimi istəkli olmuşam. Bu cür oyunçular mənim xoşuma gəlir. Hətta istedadlı futbolçulara da uğur qazanmaq üçün istək və əzm lazımdır.
İlk işə başladığım gündən mənim hədəflərim var idi. Mən o hədəflərə yüksək səviyyədə nail olmaq istəyirəm. Həyatda olduğu kimi, futbolda da qarşınıza kiçik hədəflər qoymağınız sizi böyük hədəflərə çatdırmayacaq. Ancaq böyük hədəflərə köklənməklə bu mövsüm məqsədə nail olmaq olar. Ona görə də düşünürəm ki, iddialı olmalı və bu mövsüm 2-ci yer uğrunda mübarizə aparmalıyıq. Məncə, buna nail olmaq üçün kifayət qədər güclü komandamız var. Sadəcə bir söz demək istəyirəm: çalışacağıq, mübarizə aparacağıq və daim istəkli olacağıq".
Qeyd edək ki, "Sabah" ötən gün Renduliçlə 1,5 illik müqavilə bağlayıb.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu