"Qarabağ"ın Avropa Liqasını 1/8 final mərhələsindəki rəqibi "Bayer" Almaniya Bundesliqasında 24-cü tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, Leverkuzen təmsilçisi səfərdə "Köln"lə qarşılaşıb. "Bayer" rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da Xabi Alonsonun komandası məğlubiyyətsiz oyunlar seriyasını 34-ə çatdırıb (24 matç Bundesliqada, 6 matç Avroliqada, 4 matç ölkə kubokunda).
Bu görüşdə "Bayer"in qollarını 38-ci dəqiqədə Jeremi Firimponq və 73-cü dəqiqədə Aleks Qrimaldo vurub.
"Bayer" hazırda Bundesliqanın turnir cədvəlində 64 xalla liderdir. Komanda 2-ci yerdəki "Bavariya"nı 10 xal qabaqlayır.
"Bayer" növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Sözügedən matç martın 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq və saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab görüşü isə martın 14-də Leverkuzendə oynanılacaq.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi